Bank Of Baku

Pakistan ordusunun komandanı Qalibafla İran-ABŞ danışıqlarını müzakirə edib

Pakistan ordusunun komandanı feldmarşal Asim Munir, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf

© APA | Pakistan ordusunun komandanı feldmarşal Asim Munir, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf

# 16 aprel 2026 14:07 (UTC +04:00)

Pakistan ordusunun komandanı feldmarşal Asim Munir Tehranda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla danışıqlar aparıb.

APA-nın Tehran bürosunun məlumatına görə, tərəflər İran-ABŞ danışıqlarını müzakirə edib.

Qeyd edək ki, Asim Munir İranla ABŞ arasında vasitəçilik səyləri çərçivəsində dünən yüksək səviyyəli nümayəndə heyətinin rəhbəri kimi İrana gəlib. O, xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Xatırladaq ki, Məhəmməd Baqir Qalibaf İslamabadda ABŞ-la danışıqlar aparan İran nümayəndə heyətinin rəhbəridir.

Haşim Rahimi

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR