Terror təşkilatı PKK/PYD Suriyanın Tel Rıfat bölgəsindən Türkiyənin Öncüpınar Sərhəd Qoşunlarının nəzarətində olan bölgəyə atəş açıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi “Twitter”də yazıb.
“İnsanlıqdan xəbəri olmayan PKK/PYD terror təşkilatı zəlzələdən istifadə edərək Suriyanın Tel Rıfat bölgəsindən Türkiyənin sərhəd bölgəsinə atəş açıb. Hərbçilərimiz arasında itki olmayıb və terrorçuların hədəfləri atəşlə susdurulub”, – nazirlik qeyd edib.