İsrailin aviazərbələri nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin sayı 1417 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Qəzzada HAMAS tabeliyində fəaliyyət göstərən Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralı sayının isə 6 286 nəfər çatdığı vurğulanıb.
***
13:59
İsrailin aviazərbələri nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin sayı 1354 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Qəzzada HAMAS tabeliyində fəaliyyət göstərən Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Əlavə olaraq, 6 049 nəfərin isə yaralandığı qeyd olunub.
Qeyd edək ki, İsrail Müdafiə Nazirliyi öz ərazisində 1500 HAMAS döyüşçüsünün öldürüldüyünü bəyan edib. HAMAS hücumları nəticəsində 1300 İsrail vətəndaşının öldüyü təsdiqlənib.