Bank Of Baku

Qəzzada və İsraildə ölənlərin sayı açıqlanıb

Qəzzada və İsraildə ölənlərin sayı açıqlanıb
# 11 oktyabr 2023 00:44 (UTC +04:00)

Qəzza zolağında İsraillə münaqişə nəticəsində ölənlərin sayı 900-ə çatıb.

APA xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi "Facebook" səhifəsində məlumat yayıb.

Məlumata görə, 4500 nəfər xəsarət alıb.

Ölənlərdən 260-ı uşaq, 230u isə qadındır.

Qurbanlar arasında altı tibb işçisi və səkkiz media işçisi də var.

Məlumata görə, 140 mindən çox sakin İsrailin atəşi nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb.

HAMAS-ın hücumu nəticəsində isə 1000-dən çox israilli ölüb.

Qarşıdurmalar nəticəsində 3400 İsrail vətəndaşının isə yaralandığı qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR