Bank Of Baku

Qəzzada xəstəxanaya raket hücumu nəticəsində ölənlərin sayı 471 nəfərdir

Qəzzada xəstəxanaya raket hücumu nəticəsində ölənlərin sayı 471 nəfərdir
# 18 oktyabr 2023 16:14 (UTC +04:00)

Qəzza zolağında xəstəxanaya raket hücumu nəticəsində ölənlərin sayı 471 nəfərdir.

APA xəbər verir ki, bu barədə Qəzza bölgəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, dünən Qəzza şəhərindəki Əl-Əhli Baptist xəstəxanası bombalanıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Haqari bu gün keçirdiyi brifinq zamanı bildirib ki, xəstəxanaya endirilən zərbə ilə bağlı aparılan araşdırma başa çatıb.

Haqarinin sözlərinə görə, Qəzza zolağında xəstəxanaya edilən hücuma görə, "İslami cihad" qruplaşması məsuliyyət daşıyır, qeyri-dəqiq raket atışı nəticəsində faciəvi hadisə baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR