Bank Of Baku

Rəsmi Ankara: Tramp S-400-lərə görə tətbiq edilən sanksiyalara həll yolu tapa bilər

Rəsmi Ankara: Tramp S-400-lərə görə tətbiq edilən sanksiyalara həll yolu tapa bilər
# 04 aprel 2025 16:38 (UTC +04:00)

Prezident Donald Tramp Rusiyadan S-400-lərin alınmasına görə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalara bir həll yolu tapa bilər.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Reuters”ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, ABŞ-ın yuxarıda qeyd olunan məsələyə görə, Türkiyəyə tətbiq etdiyi sanksiyalar tarixi anomaliyadır və bu vəziyyət düzəldilməlidir.

Onun sözlərinə görə, Tramp bu məsələdə müsbət dəyişiklik edə bilər: “Tramp yəqin ki, Rusiyadan S-400 almasına görə Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarına həll yolu tapacaq. S-400-lərə görə Türkiyəyə tətbiq edilən sanksiyalara düzəlişlər edilməlidir”.

Hakan Fidan vurğulayıb ki, Trampın həyata keçirə biləcəyi siyasət dəyişikliyi Soyuq Müharibədən sonra ABŞ-dan asılı vəziyyətə düşən Avropa üçün bir fürsət ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR