Bank Of Baku

Rişi Sunak İsrailə gedib - YENİLƏNİB

Rişi Sunak İsrailə gedib - YENİLƏNİB
# 19 oktyabr 2023 10:18 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün səhər İsrailə gedib.

APA xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Böyük Britaniya Baş naziri Rişi Sunak ölkəsinin İsrailin yanında olduğunu bildirib. "Bilməyinizi istəyirəm ki, Böyük Britaniya və mən sizin (İsrailin - red.) yaynınızdayam. Mən sizinlə birlikdə kədərlənirəm və terror şərinə qarşı sizinlə birgəyəm. Bu gün və həmişə!" Britaniya hökumət başçısı israilli həmkarı Benyamin Netanyahu və Prezident Herzoqla görüşəcək. Onun regionun digər ölk'lərinə səfəri də gözlənilir.

***

10:17

Böyük Britaniyanın baş naziri Rişi Sunak Yaxın Şərqə səfəri çərçivəsində bu gün İsrailə səfər edəcək.

APA xəbər verir ki, bu barədə baş nazirin ofisiməlumat yayıb.

Qeyd olunur ki, Sunakın israilli həmkarı Benyamin Netanyahu və ölkə prezidenti İsaak Hersoqla görüşü planlaşdırılır.

Bundan əvvəl Britaniya təyyarələrinin oktyabrın 13-də İsrail ərazisində müşahidə uçuşlarına başlayacağı bildirilirdi.

Bir gün əvvəl ABŞ Prezidenti Co Bayden İsrailə səfər edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR