Bank Of Baku

SEPAH Trampın gizli danışıqlar iddiasını “məğlubiyyətdən qaynaqlanan fantaziya” adlandırıb

SEPAH-ın sözçüsü Hüseyn Mohebbi

© APA | SEPAH-ın sözçüsü Hüseyn Mohebbi

# 17 avqust 2026 17:13 (UTC +04:00)

İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ Prezidenti Donald Trampın SEPAH-la pərdəarxası dialoq aparıldığı barədə iddiasını təkzib edib.

Bu barədə SEPAH-ın sözçüsü Hüseyn Mohebbi “Tasnim”ə açıqlama verib.

O, Trampın iddialarını “məğlubiyyətdən qaynaqlanan fantaziya” adlandırıb.

Hüseyn Mohebbinin sözlərinə görə, SEPAH və ABŞ arasında heç bir dialoq yoxdur.

O əlavə edib ki, nəinki SEPAH-la ABŞ arasında, ümumiyyətlə İran ABŞ-a heç bir danışıq aparmır.

Qeyd edək ki, Tramp ABŞ-ın SEPAH-la gizli danışıqlar apardığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR