Bank Of Baku

Serbiya və Çin arasında azad ticarət sazişi imzalayıb

Serbiya və Çin arasında azad ticarət sazişi imzalayıb
# 18 oktyabr 2023 05:48 (UTC +04:00)

Serbiya və Çin arasında Azad ticarət haqqında razılıq əldə olunub.

APA xəbər verir ki, sənəd Serbiya Prezidenti Aleksandar Vuçiçin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə imzalanıb.

Görüş çərçivəsində Serbiya ilə Çin arasında müxtəlif anlaşma memorandum və sazişlərə də imza atılıb.

Aleksandar Vuçiç azad ticarət sazişinin iki ölkə arasında münasibətlərdə yeni perspektivlər açdığını deyib. Bildirib ki, “Bir kəmər, bir yol” təşəbbüsü ölkəsi üçün böyük faydalar gətirib, Serbiya-Çin əməkdaşlığında bütün sahələrdə irəliləyişə nail olunub.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Qərbi Balkan regionu ölkələrindən yeganə rəsmi şəxs kimi Pekində keçirilən 3-cü “Bir kəmər-bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR