Bank Of Baku

Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib

Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
# 27 iyun 2026 08:56 (UTC +04:00)

Səudiyyə Ərəbistanının dövlət neft və qaz şirkəti olan “Saudi Aramco”, Fars körfəzi sahilindəki Ras Tanura limanında neft yükləməsini və Hörmüz boğazı vasitəsilə karbohidrogen ixracını bərpa edib.

APA xəbər verir ki, bu barədə krallığın neft sənayesindəki mənbə məlumat verib.

"Səudiyyə Ərəbistanı Fars körfəzindəki terminalları və Hörmüz boğazı vasitəsilə xam neft ixracını bərpa edib. “Saudi Aramco”, Fars körfəzi sahilində yerləşən Ras Tanura limanında neft yükləmə əməliyyatları aparır", - mənbə bildirir.

Mənbənin sözlərinə görə, limanda əməliyyatların bərpasının dəqiq tarixi məlum deyil, lakin yükləmənin hazırda davam etdiyinə şübhə yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR