Bank Of Baku

Şimali Koreya Cənubi Koreya sərhədinə əlavə zərbə vasitələri yerləşdirə bilər

Şimali Koreya Cənubi Koreya sərhədinə əlavə zərbə vasitələri yerləşdirə bilər
# 20 oktyabr 2026 06:22 (UTC +04:00)

Şimali Koreya hərbi rəhbərliyi Cənubi Koreya ilə sərhəd boyunca əlavə taktiki zərbə vasitələrinin yerləşdirilməsini nəzərdən keçirir.

KCNA agentliyinin məlumatına görə, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjonun bəyanatında bildirilib.

Onun sözlərinə görə, Pxenyan gözlənilməz vəziyyətlərə qarşı qabaqlayıcı tədbir kimi cənub sərhədi boyunca əlavə silah sistemləri yerləşdirə və səsgücləndiricilər vasitəsilə yayımları bərpa edə bilər.

Kim Yo Çjon sərhəd bölgələrində vəziyyətin gərginləşməsinə görə Cənubi Koreya Silahlı Qüvvələrini ittiham edib.

O iddia edib ki, avqustun 1-dən oktyabrın 17-dək Cənubi Koreya hərbçiləri səsgücləndiricilər vasitəsilə 2870 xəbərdarlıq yayımı həyata keçirib və 201 dəfə xəbərdarlıq atəşi açıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR