Tariximizin ən böyük təbii fəlakəti ilə qarşı-qarşıyayıq.
APA-nın zəlzələ bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Nazir deyib ki, dövlət qurumları səfərbər edilib və əsas vəzifə axtarış-xilasetmədir.
Süleyman Soylu qeyd edib ki, Kahramanmaraşda zəlzələ nəticəsində 941 bina çöküb.
"600 vətəndaşımızı dəfn etmişik", - nazir əlavə edib.