Bank Of Baku

Suriyada müxalifət qüvvələri Səraqib şəhərinə daxil olmağa başlayıb - YENİLƏNİB 1

Suriyada müxalifət qüvvələri Səraqib şəhərinə daxil olmağa başlayıb  - YENİLƏNİB 1
# 29 noyabr 2024 19:10 (UTC +04:00)

Suriyada silahlı müxalifət və Bəşər Əsəd hökümətinin əleyhdarı qruplar strateji əhəmiyyətli Səraqib şəhərinə daxil olub.

APA xəbər verir ki, bu barədə Suriya mənbələri məlumat yayıb.

***

18:12

Suriya ordusu silahlı qruplaşmaların Suriyanın Hələb və İdlib vilayətlərində başlatdığı hücumu dəf etdiyini və hücum edənlərin ağır itkilər verdiyini bildirib.

APA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Qüvvələrimiz silahlı terrorçu qrupların başlatdığı böyük hücumu dəf etməyə davam edir", - deyə ordunun bəyanatında bildirilib.

***

18:03

Suriyada hökümət qüvvələri ilə toqquşmaların intensivləşməsi fonunda müxalifət qüvvələri irəliləməyə davam edir.

APA xəbər verir ki, bu barədə Suriya mənbələri məlumat yayıb.

Bir neçə gündür ki, Suriyanın Hələb və İdlib vilayətlərində Bəşər Əsəd hökümətinin qüvvələri ilə müxalif Hayet Təhrir əl-Şam (HTŞ) qruplaşması arasında qarşıdurmalar davam edir. HTŞ 34 kəndə nəzarəti ələ keçirdiyini bildirib.

HTŞ-nin yeni ələ keçirdiyi bölgələrdə hökümət qüvvələrinə məxsus ağır silahlar və hərbi maşınların ələ keçirildiyi bildirilir.

HTŞ həmçinin onlarla rejim əsgərini nəzarətə götürdüyünü, Əsəd qüvvələrinin xeyli itki verdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR