Tailandda güclü yağışdan sonra əmələ gələn daşqın beş nəfərin ölümünə səbəb olub.
APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Təbiət hadisəsi daha çox ölkənin şimalındakı Phayao əyalətini vurub.
Ümumilikdə 32 əyalətdə həyacan siqnalı verilib.
Ölkə daxilində daşqınlar nəticəsində 62 mindən çox evə ziyan dəyib.
Qeyd edək ki, Tailandda yağış mövsümü may ayında başlayır və oktyabrda bitir.