Bank Of Baku

Taylandda avtobus yük maşını ilə toqquşub, çox sayda yaralı var

Taylandda avtobus yük maşını ilə toqquşub, çox sayda yaralı var
# 30 dekabr 2024 08:29 (UTC +04:00)

Taylandda turist avtobusunun yük maşını ilə toqquşması nəticəsində 17 turist xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Khaosod” qəzeti məlumat yayıb.

17 zərərçəkənin hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Avtobusda Yeni Zelandiya, ABŞ, İspaniya, Macarıstan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 43 sərnişin olub.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR