Bank Of Baku

Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olunub

Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olunub
# 16 may 2026 15:54 (UTC +04:00)

Milli Təhlükəsizlik Teşkilatı (MİT) Türkiyədə həssas məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürən beynəlxalq casus şəbəkəsinə qarşı əməliyyat keçirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Ankara mərkəzli istintaq çərçivəsində 4 vilayətdə eyni vaxtda keçirilən əməliyyatda şəbəkə rəhbəri olduğu bildirilən şəxs də daxil olmaqla 7 şübhəli şəxs saxlanılıb, 2 nəfərin isə başqa cinayətə görə həbsdə olduğu açıqlanıb.

Məlumata görə, şəbəkə Türkiyədəki qeyri-hökumət təşkilatları, dərnəklər, ictimai qruplar və dövlət əməkdaşları barədə həssas məlumatlar toplayaraq xarici xüsusi xidmət orqanlarına ötürüb.

Aparılan istintaq nəticəsində şəbəkənin əlaqə, hesabat və maliyyələşmə mexanizmləri ifşa olunub, saxlanılan 7 nəfər barəsində həbs qətiimkan tədbiri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR