Suriyada Türkiyəyə məxsus PUA-nı vuran ABŞ təyyarəsinin “İncirlik”dən (ABŞ-nın Türkiyədə istifadə etdiyi hərbi hava bazası - red. ) havaya qalxması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən mənbələr bildirib.
Nazirlik mənbələri təyyarənin İordaniyadan havaya qalxdığını qeyd ediblər.