Bank Of Baku

Türkiyədə 26 maşın qəzaya uğrayıb, 13 nəfər xəsarət alıb

Türkiyədə 26 maşın qəzaya uğrayıb, 13 nəfər xəsarət alıb
# 17 oktyabr 2023 02:24 (UTC +04:00)

Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Anadolu magistralının Kocaeli hissəsində baş verib.

26 avtomobilin iştirakı ilə baş verən qəzada 2-si ağır olmaqla 13 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis, həkim və yanğınsöndürmə briqadaları cəlb edilib.

Qəzaya görə magistralın İstanbul istiqaməti bir müddət nəqliyyatın hərəkəti üçün bağlı olub.

Hadisəyə səbəb mazut yağı daşıyan avtomobildən yola dağılan yanacaq olub.

Yolda sürüşkənlik yaradan yanacaq qəzanı qaçılmaz edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR