Bank Of Baku

Türkiyədə Qəzzaya görə 3 günlük matəm elan olunub - YENİLƏNİB

Türkiyədə Qəzzaya görə 3 günlük matəm elan olunub - YENİLƏNİB
# 19 oktyabr 2023 00:38 (UTC +04:00)

Türkiyədə Qəzza zolağındakı xəstəxananın bombalanması və digər hücumlar nəticəsində mülki şəxslərin ölümünə görə 3 günlük milli matəm elan edilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın qərarı “Rəsmi Qəzetdə” yayımlanıb.

“Türkiyə olaraq fələstinli qardaşlarımızın yaşadığı böyük ağrını qəlbimizdə hiss edirik. Əksəriyyəti uşaq və günahsız mülki vətəndaş olan minlərlə şəhidimizə ehtiramımızın tələbi olaraq ölkəmizdə 3 günlük milli matəm elan edilib”, - deyə R. T. Ərdoğanın müraciətində bildirilib.

***

19.10.2023

Saat 17:01

Türkiyədə Qəzzaya görə 3 günlük matəm elan ediləcək.

APA TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının qərarına əsasən, Qəzza zolağında xəstəxananın bombalanması nəticəsində 500-ə yaxın insanın həyatını itirməsi ilə əlaqədar matəm elan olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR