Türkiyənin Düzcə vilayətində sel və daşqınlar nəticəsində itkin düşmüş azyaşlı qızın meyiti tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, 3-ü uşaq olmaqla, 4 nəfərin axtarışları davam edir.
Qeyd edək ki, iyulun 19-da ərazidə baş verən təbii fəlakətdən 4 min nəfər zərər çəkib, 23 yaşayış məntəqəsi dağılıb.