Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
APA-nın xəbərinə görə, bu barədə nazir Mövlud Çavuşoğlu özünün "Twitter"səhifəsində yazıb.
Taylandın paytaxtı Bankokda keçirilən ASEAN ölkələrinin xarici işlər nazirlərinin 52-ci toplantısı çərçivəsində baş tutan görüşdə nazirlər ikitərəfli əməkdaşlıq və Suriyadakı vəziyyət də daxil olmaqla regional məsələləri müzakirə ediblər.