Türkiyənin zəlzələ baş verən bölgələrində martın 3-dən etibarən 21 244 evin tikintisinə başlanılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
O qeyd edib ki, 21 fevraldan bəri isə 12 781 evin tikilməsinə dair müqavilə imzalanıb.