Bank Of Baku

Türkiyənin zəlzələ bölgəsindəki yeni binalar 4 mərtəbədən çox olmayacaq

Türkiyənin zəlzələ bölgəsindəki yeni binalar 4 mərtəbədən çox olmayacaq
# 03 mart 2023 15:59 (UTC +04:00)

Türkiyənin zəlzələ baş verən bölgələrində TOKİ sosial ev layihəsi çərçivəsində inşa ediləcək yeni binaların hündürlüyü 4 mərtəbədən çox olmayacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan “Türkiyənin Milli Risk Qalxanı” layihəsinin təqdimatı zamanı bildirib.

O qeyd edib ki, qəsəbə planlarının yenidən müəyyən edilməsi zamanI şəhərlərin mümkün qədər düzənlikdən dağlara, möhkəm zəminə istiqamətləndirilməsi nəzərdə tutulur.

Ərdoğan əlavə edib ki, Kahramanmaraşda zəlzələlərdən zərər çəkmiş vilayətlərdə 214 min dağılmış, təcili sökülməli olan və ciddi zədələnmiş binanın olması müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR