Bank Of Baku

Xartum Beynəlxalq Hava Limanı yaxınlığında dron hücumu olub

Xartum Beynəlxalq Hava Limanı yaxınlığında dron hücumu olub
# 21 oktyabr 2025 10:02 (UTC +04:00)

Sudanın Xartum Beynəlxalq Hava Limanı yaxınlığında dron hücumu baş verib.

APA xəbər verir ki, bu barədə hadisənin şahidləri AFP-ə məlumat verib.

Şahidlərin sözlərinə görə, aeroportun yaxınlığında bir neçə partlayış səsləri eşidilib.

Zərbələrin hara endirildiyi bildirilməyib.

Qeyd edək ki, Sudan ordusu və paramilitar Çevik Dəstək Qüvvələri arasında qarşıdurmaılar fonunda 2023-cü ilin aprel ayından bəri fəaliyyəti dayandırılan Xartum Beynəlxalq Hava Limanının sabah yenidən açılması planlaşdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR