Bank Of Baku

Fələstin-İsrail sərhədində toqquşma baş verib, 4 fələstinli ölüb

Fələstin-İsrail sərhədində toqquşma baş verib, 4 fələstinli ölüb
# 09 oktyabr 2015 16:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyənin “Anadolu” agentliyinin operatoru Mətin Yüksəl Qaya Fələstin-İsrail sərhədində baş vermiş toqquşma zamanı yaralanıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, fələstinlilərə qarşı hücumlara etiraz etmək istəyən vətəndaşlar cümə namazından sonra İsrail-Qəzza sərhədində aksiya keçiriblər.

 

Fələstinli gəncləri dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin və həqiqi güllələrdən istifadə edildiyi qeyd olunub. İsrail əsgərlərinin açdığı atəş nəticəsində dörd fələstinli ölüb, 20 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR