Bank Of Baku

ABŞ Antiterror Mərkəzi: Suriyaya 28 mindən çox əcnəbi gedib

ABŞ Antiterror Mərkəzi: Suriyaya 28 mindən çox əcnəbi gedib
# 08 oktyabr 2015 21:57 (UTC +04:00)

Bakı-APA.  Müharibədə iştirak etmək  üçün 28 mindən çox əcnəbi Suriyaya getdiyi ehtimal olunur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Konqresdə dinləmələr zamanı  ABŞ Milli Antiterror Mərkəzinin direktoru Nikolas Rasmussen bildirib.

 

Onun sözlərinə görə, onlardan 5 mini qərb ölkələrinin, 250 nəfəri isə ABŞ vətəndaşıdır.  

 

Rasmussenin sözlərinə görə, bu o demək deyil ki, həmin şəxslər hazırda münaqişə zonasındadır:“Bu rəqəmə döyüşlərdə ölənlər, geri qayıdanlar və ya üçüncü ölkələrə gedənlər də daxildir”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR