Bakı. Məlahət Nəcəfova-APA. Almaniyanın xarici işlər naziri İranı öz nüfuzundan istifadə edərək Suriyada siyasi keçid prosesinə yardım etməyə çağırıb. APA-nın “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, Münhen Konfransının iclasında iştirak etmək məqsədi ilə İrana səfər edən Frank-Volter Ştaynmayer bu barədə İran mediasına müsahibəsində deyib. “Mən istərdim ki, siyasi keçid prosesinin başlanması ilə bağlı müzakirələri aparmaq məqsədilə Suriya hökumətinin stol arxasına gətirilməsi üçün İran öz nüfuzundan istifadə etsin”. Onun sözlərinə görə, Suriyada qan tökülməsi siyasətinin qarşısının alınması üçün İran və Almaniya ortaq maraqdan çıxış etməlidir.
Almaniyanın xarici işlər naziri Frank-Volter Ştaynmayer ilə İranının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında Tehranda iclas öncəsi görüş olub. Tərəflər terrorizmlə mübarizə və insan haqlarının müdafiəsi məsələlərini müzakirə ediblər. M.C.Zərif müzakirələr zamanı bir sıra məsələlərdə ciddi irəliləyişlər əldə etdiklərini açıqlayıb.