Bank Of Baku

BMT: “Yəməndə münaqişə başlanandan qida məhsullarının qiyməti 45% artıb”

BMT: “Yəməndə münaqişə başlanandan qida məhsullarının qiyməti 45% artıb”
# 13 oktyabr 2015 00:04 (UTC +04:00)

Bakı-APA. Yəməndə hökumət qüvvələri və üsyançı husilər arasında silahlı münaqişə başlanandan qida məhsullarının qiyməti 45% artıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

 

Onun sözlərinə görə, bu ilin sentyabr ayında avqustla müqayisədə qiymət artımı 28% təşkil edib. Ölkədə münaqişə başlanandan etibarən isə qida məhsullarının qiyməti ümumilikdə 45% artıb.

 

Yəməndə həmçinin kəskin yanacaq qıtlığı müşahidə edilir: “Sentyabrda Yəmənə Qırmızı dəniz vasitəsilə ölkəyə tələb olunan yanacağın cəmi 1%-i idxal edilib. Müqayisə üçün, avqust ayında bu rəqəm 12-yə bərabər idi”, deyə S.Düjarrik bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR