Bank Of Baku

BMT İrandan "Washington Post" qəzetinin əməkdaşını azad etməyi tələb edib

BMT İrandan "Washington Post" qəzetinin əməkdaşını azad etməyi tələb edib
# 15 avqust 2015 09:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. BMT İrandan bir ildən çoxdur həbsdə saxlanılan “Washington Post” qəzetinin jurnalisti Ceyson Rezayanın tez bir zamanda azad edilməsini tələb edib. APA-nın “Washington Post”a istinadən verdiyi məlumata görə, BMT-nin fikir azadlığı ilə bağlı xüsusi məruzəçisi Devid Kayenin bəyanatında deyilir ki,  C.Rezayanın həbsi və qapalı məhkəmə prosesinin aparılması onun hüquqlarını pozur və İranda işləyən bütün kütləvi informasiya vasitələri əməkdaşlarını qorxutmağa yönəlib: “Ceyson Rezayanın təknəfərlik kamerada saxlanılması və bütün gün ifadəsinin alınması ilə ona ağır fiziki və psixoloji təzyiq göstərilir”.

Xatırladaq ki, 39 yaşlı Ceyson Rezayan 22 iyun 2014-cü il tarixində Tehranda həbs olunub. Onunla birlikdə həyat yoldaşı Yeganə Salehi və 2 fotojurnalist də saxlanılıb, lakin daha sonra azadlığa buraxılıblar. Ona qarşı casusluq daxil olmaqla bir sıra maddələr üzrə ittiham irəli sürülüb.  Bu yaxınlarda ona hökm oxunması gözlənilir.  Əgər jurnalist təqsirli bilinərsə, onu 10 ildən 20 ilə kimi azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Ceyson Rezayan ABŞ-da doğulub və orada yaşayıb. O, həm İran, həm də ABŞ vətəndaşıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR