Dekabrın 15-də Yaponiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya dair növbəti iclasın keçiriləcəyi planlaşdırılır.
APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Koro Beşo bildirib.
“İclasın nazirlər səviyyəsində baş tutacağına ümid edirik”, deyə K.Beşo qeyd edib. Onun sözlərinə görə, iclasda bir sıra ölkələrin XİN rəhbərləri iştirak edəcək. Toplantıda hansı ölkələrin nümayəndələrinin iştirak edəcəyi hələ ki, açıqlanmır.