Bank Of Baku

BMT TŞ: Yəmən hökuməti və husilər ilkin şərtsiz danışıqlara başlamalıdırlar

BMT TŞ: Yəmən hökuməti və husilər ilkin şərtsiz danışıqlara başlamalıdırlar
# 12 sentyabr 2015 03:07 (UTC +04:00)

Bakı-APA. BMT Təhlükəsizlik Şurası Yəmən hökuməti və üsyançı husilərin birbaşa danışıqlara getməyə hazır olduqlarını alqışlayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurasının rəsmi bəyanatında belə deyilir.

 

“Biz tərəfləri zorakılığa son qoymağa və ilkin şərtsiz, könüllü şəkildə, danışıqlar masasına çağırırıq. BMT-nin himayəsi ilə aparılan danışıqların iştirakçıları hazırda qüvvədə olan beynəlxalq platformalar üzərində, o cümlədən Fars körfəzi ərəb ölkələrinin əməkdaşlıq Şurasının sülh təşəbbüsü və Təhlükəsizlik Şurasının qətnamələri əsasında böhranının siyasi yolla həll edilməsinə səy göstərməlidirlər ”, bəyanatda qeyd olunur.  

 

Sentyabrın 10-da BMT baş katibinin Yəmən üzrə xüsusi elçisi İsmail uld Şeyx Əhməd bəyan etmişdi ki, Yəmən hökuməti, “Ənsər Allah” (husilər) hərəkatı və sabiq prezident Əli Abdulla Salehin Ümummilli Xalq Konqresi sülh danışıqlarının aparılmasına razılıq veriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR