Bank Of Baku

Çin 2030-cu ilədək inkişafda olan ölkələrə 12 mlrd dollar ayıracaq

Çin 2030-cu ilədək inkişafda olan ölkələrə 12 mlrd dollar ayıracaq
# 27 sentyabr 2015 00:45 (UTC +04:00)

Bakı-APA. Çinin sədri Si Tsinpin  inkişafda olan ölkələrə yardım fondunun yaradılacağını bildirib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, fonda ilkin olaraq 2 mlrd dollar yatırılacaq.

 

“Çin zəif inkişafı olan ölkələrə investisiyaları artıracaq və  2030-cu ilədək inkişafda olan ölkələr üçün artıq 12 mlrd dollar ayırmaq niyyətindədir”, deyə Si Tsinpin   BMT-də dayanıqlı inkişafa dair sammitdə çıxışı zamanı bildirib.

 

O əlavə edib ki, Çin həmçinin dənizə çıxışı olmayan və kiçik ada dövlətlərinə də yardım edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR