Bakı-APA. Əfqanıstanın cənubunda “Taliban” silahlılarının hücumu nəticəsində 20 polis əməkdaşı öldürülüb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular Gilmənd əyalətində bir neçə nəzarət-keçid məntəqələrinə hücum ediblər.
Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, taliblər də itkilərlə üzləşib, lakin öldürənlərin dəqiq sayı barədə məlumat verilmir.
Qeyd edək ki, 2015-ci ilin aprel-sentyabr aylarında Əfqanıstanda taliblərlə silahlı toqquşmalarda 2 146 polis əməkdaşı həlak olub, 3 324-ü yaralanıb.