Bank Of Baku

Fransalı deputatlar Suriya prezidenti ilə görüşəcək

Fransalı deputatlar Suriya prezidenti ilə görüşəcək
# 26 oktyabr 2015 22:01 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 27-də Fransa parlamentinin deputatları Suriya prezidenti Bəşər Əsədlə görüşəcəklər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlarda əsasən Yaxın Şərqdə xristian əhalisinin hazırkı durumu müzakirə ediləcək.

 

Nümayəndə heyətinə Fransa parlamentinin aşağı palatasının müxalif “Respublikaçılar” partiyasının deputatı Jan-Frederik Puason rəhbərlik edəcək. Onunla birgə Dəməşqə partiyadaşı Ksavye Breton və müstəqil deputat Veronik Bess yola düşəcəklər.

 

AFP agentliyinin məlumatına görə, fransalı deputatlar oktyabrın 27-də Dəməşqdə Suriya prezidenti Bəşər Əsəd tərəfindən qəbul ediləcəklər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR