Bank Of Baku

HƏMAS İsrailə qarşı üçüncü İntifadanın başlandığını bəyan edib

HƏMAS İsrailə qarşı üçüncü İntifadanın başlandığını bəyan edib
# 12 dekabr 2017 17:41 (UTC +04:00)

Fələstinin HƏMAS hərəkatı ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanınmasına dair qərarından sonra  üçüncü İntifadanın başlandığını bəyan edib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə hərəkatın mətbuat katibi Abdulativ Alkanu bildirib.

 

“Etirazların davam etdirilməsi və qərarın ləğv olunması üçün ABŞ-a təzyiq göstərilmək məqsədilə üçüncü İntifadanın başlandığını bəyan etdik. İntifada çərçivəsində Qəzza zolağında etiraz dalğası daha genişləndirilir. Bu üçüncü İntifadadır”, - deyə A.Alkanu bildirib.

 

Birinci İntifada (fələstinlilərin İsrail işğalına qarşı müqaviməti) 1987-1991-ci illəri, İkinci İntifada isə 2000-2005-ci illəri əhatə edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR