Bakı-APA. İndoneziyanın Sulavesi adasında 5,5 bal gücündə zəlzələ baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tondano şəhərindən 15 km cənub-şərqdə, ocağı isə 114 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.