Bank Of Baku

İran Hələb şəhərinə irimiqyaslı hücumun təşkili üçün Suriyaya minlərlə hərbçisini göndərib

İran Hələb şəhərinə irimiqyaslı hücumun təşkili üçün Suriyaya minlərlə hərbçisini göndərib
# 14 oktyabr 2015 05:29 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  “Reuters”ə yerli hakimiyyət qurumlarının iki nümayəndəsi bildirib.    

 

Məlumata görə, hücuma bir həftə öncə Xama əyalətində üsyançılarla döyüşlərdə iştirak etmiş hərbçilər  cəlb olunacaq. Yerli hakimiyyət qurumlarındakı mənbə prezident Bəşər Əsədə dəstək məqsədilə İrandan hücuma qatılacaq minlərlə hərbçinin gəldiyini bildirib.

 

Məlumata görə, irimiqyaslı döyüşə hazırlıq artıq yekunlaşıb, hazırda Suriya ordusunun  bütün qüvvələri, “Hizbullah” şiə hərəkatının ən peşəkar döyüşçüləri səfərbər edilir, əsas rolun İran hərbçilərinə veriləcəyi planlaşdırılıb. Hücumun yaxın vaxtda başlayacağı bildirilir.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR