Bank Of Baku

İran XİN Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını pisləyib

İran XİN Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını pisləyib
# 06 dekabr 2017 21:17 (UTC +04:00)

İran Xarici işlər nazirliyi ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını, ABŞ prezidentinin bu ölkənin səfirliyinin Tel- Əvivdən Qüdsə  köçürülməsi ilə bağlı qərarını qətiyyətlə pisləyib və bu addımı beynəlxalq qətnamələrin pozulması kimi qiymətləndirib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilir.

 

Bəyanatda bildirilib ki, müsəlmanların ilk qibləsi Məscid-Əqsanın yerləşdiyi Qüds şəhəri  Fələstinin ayrılmaz parçasıdır və müsəlmanlar üçün xüsusi özəlliyə malikdir. 

 

"İran İslam Respublikası Fələstin xalqı ilə həmrəy olduğunu bildirərək, bir daha beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-nin Fələstinin və Qüdsün  işğalına son qoymaq üçün, eləcədə Fələstin xalqının əsaslı hüquqlarının təmini  məsuliyyətini dərk etməyə çağırır", bəyanatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR