Bank Of Baku

İranın I vitse-prezidenti: “Ermənistanla münasibətlərin inkişafı üçün heç bir məhdudiyyət yoxdur”

İranın I vitse-prezidenti: “Ermənistanla münasibətlərin inkişafı üçün heç bir məhdudiyyət yoxdur”
# 15 oktyabr 2015 09:41 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “İran-Ermənistan münasibətlərinin inkişafı üçün heç bir məhdudiyyət yoxdur”.

 

APA-nın “armenianreport.com” saytına istinadən verdiyi xəbərə görə, bunu İrəvanda səfərdə olan İranın I vitse-prezidenti İshaq Cahangiri Ermənistan baş naziri Ovik Abramyanla görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

O qeyd edib ki, İranla “altılıq” ölkələri arasında imzalanan saziş iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni şərtlər və perspektivlər formalaşdırır.

 

Vitse prezident bildirib ki, üçüncü elektrik ötürücü xəttinin çəkilişi davam etdirilir və yaxın zamanlarda işlər yekunlaşacaq.

 

İ. Cahangiri onu da əlavə edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması əməkdaşlıq üçün yeni imkanlar açacaq.

 

Qeyd edək ki, bu gün İrəvanda 300 sahibkarın iştirakı ilə Ermənistan-İran biznes forumu keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR