APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə əz-Zab rayonunda baş verib.
Girov götürülənlər İraq təhlükəsizlik qüvvələri ilə əməkdaşlıqda təqsirli bilinirlər.
Qeyd edək ki, bir müddət əvvəl İraqın hökumət qüvvələri yerli özünümüdafiə birləşmələri ilə birgə İŞİD-in Kərkükdəki mövqelərinə hücum edərək 50-dək yaşayış məntəqəsini terrorçulardan təmizləyib.