Bank Of Baku

İŞİD Suriyada daha bir şəhəri ələ keçirib - VİDEO

İŞİD Suriyada daha bir şəhəri ələ keçirib - <span style="color: red;">VİDEO
# 06 avqust 2015 03:20 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları Suriyanın qərbində yerləşən Əl- Qaryatayn şəhərini ələ keçiriblər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Suriyada İnsan Haqları üzrə Müşahidə mərkəzinin (SOHR) məlumatında belə deyilir.

 

Məlumata əsasən, avqustun 5-də, səhər saatlarında şəhərin girəcəyində 3 terrorçu-kamikadze Suriya hökumət qoşunlarının nəzarət-keçid məntəqəsi qarşısında özünü partladıb. Bundan sonra şəhərə hücum başlayıb. Şiddətli döyüşlər zamanı 37 suriyalı hərbçi və 23 terrorçu həlak olub.

 

SOHR qeyd edir ki, strateji əhəmiyyətli Əl- Qaryatayn silahlıların nəzarəti altında olan qədim Palmira şəhəri və Kalamun bölgəsi arasında yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR