Bank Of Baku

İŞİD Türkiyə sərhədində yerləşən 5 kəndi işğal edib

İŞİD Türkiyə sərhədində yerləşən 5 kəndi işğal edib
# 27 avqust 2015 12:57 (UTC +04:00)

Bakı-APA. İŞİD terrorçuları Suriyanın Türkiyə ilə sərhəddə yerləşən 5 kəndini ələ keçiriblər.

 

APA-nın İhlas Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Haqlarını Müdafiə Təşkilatı məlumat yayıb. Kəndlərdən 3-ün Türkiyə sərhədinin 20 km cənubundakı Marea qəsəbəsi civarında, 2-nin isə daha şimaldakı Hələb şəhəri ilə sərhədə yerləşdiyi bildirilir.

 

Koalisiya qüvvələri isə İŞİD-in bölgədəki mövqelərinə aviazərbələr endirməkdə davam edir.

 
Bu arada İŞİD-in İraqın ən böyük əyaləti olan Ənbarda gerçəkləşdirdiyi kamikadze hücumu nəticəsində İraqın 2 generalı həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR