Bakı-APA. Liviyanın Benqazı şəhərində keçirilən nümayişin iştirakçıları qumbaraatanlardan atəşə tutulub.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, nəticədə 6 nəfər ölüb, azı 35 nəfər yaralanıb.
Yerli polis atəşin islamçıların nəzarəti altında olan ərazidən açıldığını bildirib. Məlumata əsasən, yüzlərlə insan BMT-nin təklif etdiyi sülh planına etiraz olaraq küçəyə çıxıb.
Son il ərzində Benqazidə dəfələrlə hərbçilər və müxtəlif radikal qruplaşmalar arasında silahlı toqquşmalar baş verib.
Qeyd edək ki, oktyabrın 19-da Liviyanın beynəlxalq səviyyədə tanınan parlamenti BMT-nin milli birlik hökumətinə dair təklifini rədd edib.