Bank Of Baku

Məkkədə aşan qaldırıcı kran Üsamə ben Ladenin ailəsinə məxsus olub

Məkkədə aşan qaldırıcı kran Üsamə ben Ladenin ailəsinə məxsus olub
# 12 sentyabr 2015 19:28 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Daily Mail” nəşri yazır.

 

“Saudi BinLaden Group” tikinti konserni hazırda məscidin ətrafındakı meydanın genişləndirilməsini nəzərdə tutan 14 mlrd dollar dəyərində layihəni həyata keçirir. Layihəyə  əsasən, təmir işlərindən sonra məscid eyni vaxtda 2,2 mln-dək zəvvar qəbul edə biləcək.    

 

“Saudi BinLaden Group” şirkəti 1931-ci ildə Üsamə ben Ladenin atası Məhəmməd ben Laden tərəfindən təsis edilib. Şirkət Səudiyyə Ərəbistanında bir çox layihələr  reallaşdırıb.  

 

Qeyd edək ki, ötən gün qaldırıcı kranın zəvvarların üzərinə aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər yaralanıb. Kranın aşmasına səbəb güclü külək olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR