Bank Of Baku

Pakistanda avtobusla yük avtomobili toqquşub, 17 nəfər ölüb

Pakistanda avtobusla yük avtomobili toqquşub, 17 nəfər ölüb
# 20 noyabr 2017 08:17 (UTC +04:00)

Pakistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Geo TV-ə istinadən verdiyi xəbərə görə, ölkənin cənubundakı Sind əyalətinin Xayrpur şəhərində baş verən qəza nəticəsində sərnişin avtobusunda olan 17 nəfər dünyasını dəyişib, 5 nəfər xəsarət alıb.

 

Hadisə şahidlərinin sözlərinə görə, qəza kömür daşıyan yük maşını ilə avtobusun toqquşması nəticəsində baş verib. Ötmə əməliyyatı edən yük maşını avtobusla toqquşub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR