Bank Of Baku

Rusiya aviasiyası Suriyada terrorçuların lideri Əbu Bəkr Əş-Şişanini məhv edib

Rusiya aviasiyası Suriyada terrorçuların lideri Əbu Bəkr Əş-Şişanini məhv edib
# 15 oktyabr 2015 19:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “RİA Novosti”yə Suriyadakı hərbi mənbə bildirib.  

 

“Oktyabrın 14-də Rusiya aviasiyasının Suriyanın Homs əyalətində endirdiyi zərbələr nəticəsində “Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani bir qrup silahlı ilə birlikdə məhv edilib”, deyə mənbə bildirib. 

 

Bundan əvvəl SANA agentliyi “Əhrar Əş-Şam” qruplaşmasının digər lideri şeyx Ömər Mustafa Əl-Xodranın və onun “sağ əli” Xalid Əbu Anasın Suriya ordusu tərəfindən məhv edildiyini bildirmişdi.  

 

Qeyd edək ki,  “Caiş əl-Fəth” təşkilatının tərkibindəki  “Əhrar Əş-Şam” qruplaşması “Cəbhə ən-Nusra”dan sonra ikinci ən böyük terror qruplaşması hesab edilir. Bu ilin  yazında “Əhrar Əş-Şam” qruplaşması Suriyanın şimalında Erih, İdlib və Cisr əş-Şuğura şəhərlərinin işğalında, yerli sakinlərin kütləvi edamında iştirak edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR