Bank Of Baku

Rusiya təyyarələri son sutkada İŞİD-in 60 obyektini məhv edib

Rusiya təyyarələri son sutkada İŞİD-in 60 obyektini məhv edib
# 09 oktyabr 2015 15:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ötən sutka ərzində Rusiya aviasiyası Suriyada İŞİD terror qruplaşmasının 60 obyektinə zərbələr endirib.

 

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin rəis müavini İqor Makuşev bildirib.

 

O, son sutka ərzində 67 uçuş həyata keçirildiyini qeyd edib: “Bu 67 uçuş “Xmeymim” aviabazasından həyata keçirilib. Su-34M və Su-25SM təyyarələri terrorçuların 60 obyektini məhv edib”.

 

Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsədin müraciəti əsasında Rusiya sentyabrın 30-dan İŞİD mövqelərinə hava zərbələri endirməyə başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR