Bank Of Baku

Rusiya təyyarələri İŞİD-in komanda məntəqəsinə yeni zərbə endirib

Rusiya təyyarələri İŞİD-in komanda məntəqəsinə yeni zərbə endirib
# 01 oktyabr 2015 19:12 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

 

Qeyd edək ki, İŞİD silahlılarının Xama əyalətindəki komanda məntəqəsi sentyabrın 30-da Rusiya təyyarələrinin zərbələri nəticəsində dağıdılmışdı.

 

Suriya Silahlı Qüvvələrinin qərargahı və hava kəşfiyyatı vasitələri qeyd olunan ərazidə bərpa işlərini vaxtında aşkarlaya bilib.

 

“Bərpa işlərinin qarşısını almaq məqsədilə Əl-Latamna rayonunda yerləşən  komanda məntəqəsinə əlavə hava zərbəsi endirilib. Qeyd olunan obyekt tamamilə məhv edilib”, deyə Konaşenkov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR