Bank Of Baku

Səudiyyə Ərəbistanı ABŞ-ı Yerusəlimə dair qərarını dəyişməyə çağırıb

Səudiyyə Ərəbistanı ABŞ-ı Yerusəlimə dair qərarını dəyişməyə çağırıb
# 10 dekabr 2017 03:31 (UTC +04:00)

Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cubeyr  ABŞ-ı Yerusəlimi İsrailin paytaxtı tanınması və Amerika səfirliyinin Təl Əvivdən  Yerusəlimə köçürülməsi ilə bağlı qərarını dəyişməyə çağırıb.     

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Adil Əl Cubeyr  bunu Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında bildirib. Onun sözlərinə  görə, beynəlxalq ictimaiyyət problemin həlli istiqamətində səyləri aktivləşdirməlidir.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdə ən yaxın iqtisadi, hərbi və siyasi tərəfdaşlarından biridir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR