Bank Of Baku

Şimali Koreya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Şimali Koreya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
# 21 avqust 2015 01:11 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya lideri Kim Çen Inın əmri ilə ölkədə bütün qoşunlar taktiki hücum üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə KXDR-nın mərkəzi radiosu məlumat yayıb.

 

Məlumata əsasən, avqustun 21-i yerli vaxtla saat 17:000-dan etibarən Şimali Koreyanın bütün hərbi birləşmələri taktiki hücum üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

 

Qeyd edək ki, avqustun 20-də Kim Çen Inın sədrliyi ilə Koreya Xalq partiyası Mərkəzi Komitəsinin iclası keçirilib.

 

Xatırladaq ki, son günlər ərzində KXDR və Cənubi Koreya bir-birlərini ağır artilleriyadan atəşə tutublar.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR